Kasibciliq
 
  Ana Sayfa
  İletişim
  Video Klipler
  Musiqiler
  Programlar
  Oyunlar
  Seyirler
  Prikollar
  Sekiller
  Gunun Xeberleri
  Eylence
  Mentiqli Sozler
  Canli Tv Radyo Izle
Mentiqli Sozler
1."Vərdişlərin zənciri eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər də güclü olarlar". Benjamin Dizraelli 2."Gənclər, qocaların axmaq olduqlarını düşünərlər, amma qocalar gənclərin axmaq olduqlarını bilərlər". Rahibe Terasa 3."Gülümsəmənin pullu dəyəri yoxdur. Satın alınmaz, borc verilməz, dilənilməz, oğurlanmaz amma verilmədikcə heç alınmaz". 4."Hirslilik zəhər, yaxınlıq dərmandır". Ya ümidsizsiniz, ya ümid sizsiniz çarəsizsiniz, ya çarə sizsiniz 2.Təmiz əlləri olan insanların da kirli düşüncələri olur S. Lec 3. Ən insani davranış-bir insanın utanılacaq bir duruma düşməsinin qarşısını almaqdır Nietzsche 4. Fürsətlər depo oluna bilməz Yusif Mutlutürk 5. Əlinə, dilinə, belinə sahib ol Hz. Əli 6. Böyük adamların xətaları günəş tutulmasına bənzəyir.Onları hamı görür Cuconq 7. Boş zaman yoxdur, boşa keçən zaman var Taqor 8. Keçmişimizə daş atmayaq ki,gələcəyimiz bizi topa tutmasın 9. İnsan, danış, görüm kimsən Sokrat 10. Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür 11. Dünyanı dəyişdirmək istəyirsinizsə, özünüzü dəyişdirin 12. Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin.Çox hirsli anınızda kimsəyə cavab verməyin Çin atalar sözü 13. Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən Tibet atalar sözü 14. Qadınlar gülə bildikləri zaman gülər, istədikləri zaman ağlarlar Venesuela atalar sözü 15. Evlənmədən əvvəl gözlərinizi dörd açın. Evləndikdən sonra yarı yarıya bağlayın. Portuqal atalar sözü

1. Həyatda ən dəhşətli şey diri ikən ölməkdir.(M.Anderson-Nökse) 2. Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.(Aristotel) 3. Heyat beşiklə məzar arasında sınaq müddətidir.( O.Balzak) 4. Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır.(A.Barbüs) 5. Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek) 6. Hər gün insan üçün yeni bir həyatdır.(R.Beyker) 7. Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.(Ş.Bodler) 8. Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule) 9. Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.(Ç.Çaplin) 10. Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.(A.Dante) 11. Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane) 12. Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.(Ezop) 13. Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Z.Freyd) 14. Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.(C.Fuller) 15. Bu dünya bir qızıl kuzəyə bənzər, Suyu gah şirindir, gah da ki zəhər.(M.Gəncəvi) 16. Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley) 17. Faydasız həyat- vaxtsız ölümə bərabərdir.(İ.Höte) 18. Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir.(V.İrvinq) 19. Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus) 20. Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.(D.Karnegi) 21. Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır.(Ç.Kolton) 22. Həyat əvvəldən axıradək öyrənməkdir.(J.Labrüer) 23. İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer) 24. Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir.(Menandr) 25. Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur.(C.Məmmədquluzadə) 26. Nəfsinin hakimi olan dünyanın ağası olar.(Naməlum) 27. Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir.(Napoleon) 28. Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən.(F.Nitsşe) 29. Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk) 30. Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.(C.Robertson) 31. Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır.(C.Santayana) 32. İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat) 33. Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir.(B.Spinoza) 34. Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal) 35. Görmək və hiss etmək mövcud olmaq, düçünmək isə yaşamaq deməkdir.(U.Şekspir) 36. Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər.(İ.Ten) 37. Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır.(Q.Təbrizi) 38. Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.(L.Tolstoy) 39. Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər.(O.Uayld) 40. Başqalarının halına yana bilən insan yaşamağa layiqdir.(Van Qoq) 41. Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson) 42. Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (F.Volter) 43. İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter) 44. Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən.(L.Vovenarq) 45. Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.(H.Toro) 5."İnsanlar qırmızı bir gülə doğru qaçarlarkən, çox vaxt ayaqlarının altında əzilən tarla çiçəklərindən xəbərsizdirlər". 6."Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı". Martin Luther 7."Səmimi olmağı vəd edə bilərəm; tərəfsiz olmağı əsla". Goethe 8."Nə qədər bilirsən bil,söylədiklərin qarşındakının anladığı qədərdir". Mevlana 9."Ədəbsizliyin başladığı yerdə, ədəbiyyat bitər". M.Akif Ersoy 10."Ədəbsizliyin başladığı yerdə, ədəbiyyat bitər". M.Akif Ersoy 11."Böyük beyinlər fikirləri, orta beyinlər hadisələri, kiçik beyinlər isə insanlardan danışar". Hyman Rickover 12."Əgər birinə bir şey öyrətsəniz əsla öyrənməz". Bernard Shaw 13."Bir insan hansı limana çatmaq istədiyini bilirsə, onun üçün hər külək uyğundur". Seneca 14."Kapitanın ustalığı dəniz durğunkən aydın olmaz". Zukianos 15."Bəzi kitablar dadılmaq, bəziləri udulmaq və çox azı da həzm edilmək üçündür". Bacon 16.Kitab ruhun dərmanıdır. Yapon atalar sözü 17."Bağışlamaq və unutmaq, yaxşı insanların intiqamıdır". Schiller 18."Ayaqda ölmək, diz üstü yaşamaqdan yaxşıdır". Franklin Roosvelt 19."İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır. Çünki heç kim ağılından şikayətçi deyil". Montaigne 20."Kainatda təsadüfə rast gəlinməz". Sokrat 21."Qüsurumuz nə qədər çoxsa, o qədər qüsur axtararıq". Cenap Şehabettin 22."Oxuya bilsəniz hər insan bir kitabdır". W.Ellery Channing 23."Saxladığın bir sirr sənin əsirindir. Aşkar etsən sən onun əsiri olarsan". Hz.Əli 24."Öl və ol! Bunu bilmirsənsə yazıq bir qonaqsan qaranlıq yer üzündə". Goethe 25."Bir ailə ilə bir krallığı idarə etmə arasında çox böyük bir fərq yoxdur". Montaigne 26."Əsla əxlaq qaydalarını tapdalamayın, çünki qisasını tez alar". Tolstoy 27."Necə baş sayı qədər düşüncə varsa, ürək sayı qədər də sevgi növü vardır". Tolstoy 28."Uduzma təhsildən başqa bir şey deyil". Wendell Philips 29."Ən böyük zəfər, insanın özünə hakim olmasıdır". Platon 30."İnsanlar hər vaxt qəhrəman ola bilməzlər amma, hər vaxt insan ola bilərlər". Benjamin Franklin

1. Məğlubiyyətin oyatmadığı insan heç vaxt qalib gələ bilməz! 2. Qalib xatirələrlə, məğlub intiqam hissi ilə yaşayır! 3. Məğlub etdiyin rəqibi düşmənə çevirmək qələbəni əldən verməkdir! 4. Qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur! 5. Revanşa cəhd etməyən ikiqat məğlubdur! 6. Çox nəhəng qələbələrin ağırlığı bə’zən qalibləri məhv edir! 7. Öz-özünə qalib gəlməyi bacaran başqasına məğlub olmaz! 8. Döyüşə gedəndə məğlubiyyət haqqında düşünmə, məğlub olandan sonra isə yadından çıxarma! 9. Məğlubiyyət qaçılmaz olanda yalnız axmaqlar ondan qaçmağa cəhd edər! 10. Məğlubiyyəti döyüşə-döyüşə qəbul etmək - yarımçıq qələbədir! 11. Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur! 12. Hansı ad altında başlanmasından asılı olmayaraq son nəticədə müharibə sadəcə insan qırğınıdır! 13. Sülh vaxtı adam öldürmək cinayət, müharibə vaxtı qəhrəmanlıq sayılır! 14. Heyvanlar müharibə etməyi bacrasaydılar ilk müharibələri insanlara qarşı olardı! 15. Güc nisbətdən bilinir. Qarışqa çox kiçik olsa da, bədən nisbətinə görə fildən güclüdür! 16. Güc həqiqətə qalib gələ bilər, amma onu diz çökdürə bilməz! 17. Bəladan qaçmağa gecikəndə onu qarşılamağa tələsməliyik! 18. İgid insan təhlükədən qoxrmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır! 19. Cəsur xalqlar məvh olur, amma kölə olmur! 20. Ağılsız igid həmişə hiyləgər qorxaqa məğlub olur! 21. Müharibələr zorla başlayır ağılla qutarır! 22. Müharibəni axmaqlar başlayır, igidlər davam edir, ağıllılar qurtarır! 23. Sülhün dəyəri onun əhəmiyyətindədir! 24. Qəhrəmanlıq yegənə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil! 25. İnsanın həqiqi gücü biləyində yox, diləyindədir! 26. Düşməni yaxından tanımaq insanı qələbəyə yaxınlaşdırır! ELM-BİLİK-DÜŞÜNCƏ-HİKMƏT-HƏQİQƏTHAQQINDA 27. Bizim bildiklərimiz haqqında bilmədiklərimiz, bilmədiklərimiz haqqında bildiklərimizdən qat-qat çoxdur! 28. Hikmət ilahinin öz nurundan insanlara verdiyi paydır! 29. Bilik asan danışılan, yaxşı gizlədilən, paylaşdıqca çoxalan sərvətdir! 30. Elmə ağalıq etməsən, təbiətə köləlik etməli olacaqsan! 31. Axtardığını tapmaq, itirdiyini tapmaqdan daha çox sevinc gətitir! 32. Bilik öyrədənlə, bilik öyrədənin ittifaqı ilahi ittifaqdır! 33. Düşməni dost etmək istəyirsənsə onun elminin artmasnın qayğısına qal! 34. Heyvanlar arasında vuruşmaq aclıqdan, insanla arasında vuruşmaq cəhalətdən yaranır! 35. İnsan elmdən nə qədər ac olsa, qarnı bir o qədər tox olar! 36. İnsanı ağlı, heyvanı bədəni idarə edir! 37. Atanın öz övladına buraxa bilməyəcəyi yeganə şey ağıldır! 38. Elm elə sərvətdir ki, o heç vaxt sahibinə məxsus olmur! 39. Düşüncədə hərəkətli, hərəkətdə təmkinli ol! 40. Bizim düşüncələrimiz tovuz quşu kimi rəngbərəng və cazibədardır və bütün təhlükə də buradan doğur! 41. Düşünmək idarə etməkdən çətin işdir. Ona görə də hökmdarlar heç vaxt öz əvəzinə idarə etməyi kiməsə həvalə etmir, amma bir qayda olaraq, öz əvəzinə düşünməyi həvəslə başqalarına tapşırır! 42. Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün! 43. Düşüncələrin nəhgləri yox, əməllərin nəhəgliyi insanı tarixə salır! 44. Düşüncələrdə insan öz-özü ilə, əməllərində başqaları ilə təmasda olur! 45. Dəlilər də düşünür, sadəcə ağıllılardan fərqli olaraq rabitəsiz və qırıq-qırıq! 46. Uşaqlar müstəqil düşünə bilmədikləri üçün hər addımında sual verir, axmaqlar isə səhv düşündükləri üçün heç vaxt sual vermir! 47. Düzgün sual doğru cavaba stimul verir! 48. Həyat böyük bir sualdır, yaşamaq onun cavabı! 49. Sən dostundan ağıllı olunca, dostun səndən ağıllı olsa daha etibarlıdır! 50. Elm öyrənmək, bilik qazanmaq qədər ağıllı insana nəşə verən ikinci bir məşğuliyyət yoxdur! 51. Düşünmək – dənizin dibindən inci axtarmaqdır. Müdrik fikirlər isə bu incilərin özüdür! 52. Alimlərin hakimiyyətə yox, hakimiyyətin alimlərə ehtiyacı var! 53. İnsanın həyatda rast gəldiyi ilk alim yerimək və danışmaq öyərndiyi öz anasıdır! 54. Nadan alimlə dost olmaqdan, alim isə nadan dostunu ağıllandırmaqdan həzz alır! 55. Öz axmaqlığını artıq başa düşən insan artıq axmaq deyil! 56. Ağıllı kişinin nadan qadınla evlənməsi gözəl qadının çirkin kişiyə ərə getməsi kimidir! 57. Alimlər danışmağa vaxt, nadanlar danmışmağa söz tapmırlar! 58. Bütün insanlar şəraitə uyğunlaşır, yalnız dahilər şəraiti özlərinə uyğunlaşdırmağa cəhd edirlər! ƏMƏK-SƏRVƏT-VARLILIQ-YOXSULLUQHAQQINDA 59. Ən böyük yoxsulluq vicdan yoxsulluğudur! 60. Çox varlı ilə, çox kasıb gecələr narahat yatar. Biri qorxusundan, biri acından! 61. Hər varlı xoşbəxt, hər kasıb bədbəxt deyil! 62. Hər bir yaxşı iş gec-tez ya insanlar, ya da tanrı tərəfindən öz layiqli mükafatını alır! 63. Yoxsulluq ən ciddi sınaqdır: bu sınaqdan yalnız böyük insanlar üzü ağ çıxır! 64. Aclığından söz açmayan kasıb, sərvətindən danışan varlıdan daha varlıdır! 65. Pul əslində heçnədir, yalnız insanların ona verdiyi dəyərə görə o nəsə olur! 66. Dəlilər və dahilər istisna olmaqla, hamı pulun əsiridir! 67. Pul özü ilə fəlakət gətirmir, fəlakət pul uğrunda mübarizədə meydana gəlir! 68. Kasıb öləndə özünə, varlı öləndə puluna görə ağlayır! 69. Pul kisəsi heç vaxt puldan qiymətli ola biməz. Eləcə də pullu adam pulundan çox hörmətə layiq deyil! 70. Zəhmətdən çıxan puldan tər iyi, döyüşdən çıxan puldan qan iyi, xəsisdən çıxan puldan can iyi gəlir! 71. Əvvələr pul özü qızıl idi, sonralar qızılı almaq üçün vasitəyə çevrildi!

1. Məğlubiyyəti döyüşə-döyüşə qəbul etmək - yarımçıq qələbədir! 2. Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur! 3. Güc həqiqətə qalib gələ bilər, amma onu diz çökdürə bilməz! 4. Bəladan qaçmağa gecikənde onu qarşılamağa tələsməliyik! 5. İgid insan təhlükədən qorxmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır! 6. Sevgi gözləmədiyin anda yaranan hisslerdəndir... 7. Gecə ulduzlara ve qadınlara parıltı verir. 8. Qadın su kimidir, şəffafdır amma axdığı yerin formasını alır. 9. Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar. 10. Yaxşılıq etmək hələ yaxşı insan demək deyil. əsas niyyətin yaxşı olmağıdır. 11. Başqalarının xasiyyətini öz xasiyyətinə görə müqayisə etmə, o zaman həmin insanlara qarşı nifrətdən başqa heç nə tapmayacaqsan. 12. Əsəbləşdiyiniz zaman su için, sakit olmasanız, oturun, yenə kömək etməsə, uzanın. 13. Dünyanı gəzmək və kamilləşməmək, hamamdan yuyunmadan çıxmaq ilə eynidir. 14. Qəlbdən gələn sözlər qəlbə çatar, dildən gələnlər isə qulaqdan o tərəfə kecməz. 15.Əgər bu gün özünə lazımsız bir əşya alırsansa, sabah özünə lazımlı bir əşyanı satmalı olacaqsan. 16.Qadın pişik kimidi, kişi isə it kimi. İt hürməyinə baxmayaraq əmrə tabe olur, pişik xumarlansa da heç bir əmrə tabe olmur. 17.Səbri olan yarpaqdan ipək düzəltməyi və çiçəkdən bal çıxarmağı bacarar. 18. Əgər istedad illər keçdikcə təkmilləşirsş, deməli o əsl sınaqdan çıxmışdır, o həqii və böyükdür; əgər ehtiras və həyat eşqinin çoxluğundan parlayırsa, onda əhəmiyyətsiz və aldadıcıdır. 19. Daxilən biz hamıdan seçilməli, zahirən isə adamlarla eyni olmalıyıq. 20. İnsan öz hüququndan çox öz marağı üçün savaşır.

Saat  
 
 
Takvim  
 

 
Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!



Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol